Gürcüstan

Gürcüstanın bu bölgəsində fövqəladə vəziyyət yarandı - FOTO

15 İyun 2023 23:15
Baxış: 6 068
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın Kaxeti bölgəsinin Qurciaani bələdiyyəsinin bir neçə kəndi və rayon mərkəzi sel suları altında qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 15-də günün ikinci yarısında yağan leysan yağışları nəticəsində Axtalisxevi və Navtişxevi çayları daşıb.

Təbii fəlakət nəticəsində yollar, avtomobillər və evlərin birinci mərtəbələri sel suları altında qalıb. Yağışla birgə müşahidə olunan dolu isə əkin sahələrini, üzüm və meyvə bağlarını məhv edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.