23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bildirir ki, 28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə "BIHE 2017" sərgisi keçiriləcək. Artıq neçənci ildir ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün unikal bir platformadır. "BIHE" sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.
Hal-hazırda, payız sərgi mövsümünü açacaq sərgiyə hazırlıq istiqamətində fəal iş aparılır. Bu tədbirə 100-dən artıq iştirakçının, o cümlədən Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlərin qatılacağı gözlənilir.
Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribyutorları da iştirak edəcək. Yerli distribyutorlar arasında "BTL Industries", "Labservis", "Planeta" və digər şirkətlər yer alır.
Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər.
"BIHE" sərgisi ilə paralel olaraq 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb "Beauty Azerbaijan 2017" sərgisi keçiriləcək.
Sərgini geniş işgüzar proqram müşayiət edəcək, belə ki, sözügedən sərgi çərçivəsində ilk dəfə olaraq həkimlər üçün konqresin keçirilməsi planlaşdırılır. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olacaq. Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlərlə yerli istehsalçı və distribyutorlar arasında vorkşop keçirəcəklər və bu vorkşop bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə və səmərəli işgüzar platformaya çevriləcəkdir. Vorkşopun keçirilməsində məqsəd sərgi iştirakçılarının yerli şirkətlərlə səmərəli işgüzar əlaqələr qurmasına, ziyarətçilərin isə öz distributor şəbəkələrini genişləndirməsinə kömək etməkdir.
Beləliklə, "BIHE" sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi ən əsas məkandır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
-
İspan ulduz "Real Madrid"ə keçmək istəyir
-
Salyanda dörd nəfərin öldüyü dəhşətli qəzanın səbəbi məlum oldu - (Video)
-
Hansı reklamlar İnzibati Xətalar Məcəlləsini pozur?
-
4 cinayətin üstü açıldı
-
İspaniya millisi qələbədən nə qədər qazanıb?
-
Sevil-Sevincin müzakirə yaradan görüntüsü - (Video)
-
Messi Argentina millisi ilə vidalaşır
-
Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
-
Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
-
Kanadada yaşayan azərbaycanlı gənc faciəvi şəkildə vəfat etdi
-
Azərbaycanda 5 ayda 34 mindən çox uşaq doğulub
-
Oğuzhan Uğur həbs olundu
-
İyulun 22-də bütün pensiyalar köçürüləcək
-
Azərbaycanda 5 ayda 8 mindən çox boşanma qeydə alınıb
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
Magistraturaya ixtisas seçimi başladı
-
Messi məğlubiyyətdən sonra ilk dəfə danışdı: "Asan olmayacaq”
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib
-
“Sultan Həsən Bahadur” filminin təqdimatı keçirildi - (Foto)
-
Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
-
Pərvindən onu zövqsüz adlandıran izləyiciyə sərt cavab
-
ÇL: "Sabah" “KuPS”a qarşı
-
Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək





