Bakı Ali Neft Məktəbinin 11 tələbəsi xaricdə ixtisasartırma kurslarında iştirak edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbinin (BANM) 11 tələbəsi Norveç, Fransa və İtaliyada 2 ay ərzində
ixtisasartırma kurslarında iştirak edəcək.
Milli.Az bildirir ki, onlar Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - "Technip FMC" arasında
imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən "Neft, qaz və neft-kimya
sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı"
layihəsinin qalibləridirlər.
Layihə çərçivəsində qalib seçilən 11 nəfərdən 6-sı - Cavid Məmmədli, Fidan Quliyeva, Cavid
Məcidov, Nigar Cahangirova, Faiq Hacıbalayev, Arzu Abdullayeva Kimya mühəndisliyi ixtisasının
V kurs tələbələri, qalan 5 nəfər isə - Əli Nuraliyev, Aytac Xodayeva, Mirzəxan Əliyev, Xalidə
Əhmədzadə, Elgün Yusifov Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələridirlər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xaricdə ixtisasartırma kurslarında iştirak
edəcək tələbələr və onların valideynləri ilə görüşüb. Tələbələri təbrik edən rektor bildirib ki, gərgin
və rəqabətli əmək bazarında peşəkar mütəxəssis kimi yetişmək üçün diplom yetərli deyil. O qeyd
edib ki, ixtisasla bağlı biliklərlə yanaşı, praktiki bacarıqlar, xarici dil bilgiləri, yaradıcı yanaşma,
sosial bacarıqlar, idarəetmə bacarıqları, məsuliyyətli yanaşma, nizam-intizam, qlobal trendləri
izləmək, yenilikləri tətbiq etmək və onlara adoptasiya olmaq da çox önəmlidir. Rektor onu da əlavə
edib ki, tələbələrin şəxsi inkişafında xüsusi izlər qoyacaq bu kurs onların əcnəbi həmkarları ilə yeni
əlaqələr qurması baxımdan da perspektivlidir.
E.Qasımov ixtisasartırma kurslarında iştirak edəcək tələbələrə təcrübə keçəcəkləri ölkələrdə
Ali Məktəbi, eləcə də Azərbaycanı layiqincə təmsil etməyi tövsiyyə edib.
Görüşdə çıxış edən tələbələr və onların valideynləri göstərilən diqqətə görə minnətdarlıqlarını
ifadə ediblər.
Milli.Az
XƏBƏR LENTİ
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)





