Təhsil

Təhsil Tələbə Kreditini almaq niyə imkansız oldu? - ŞİKAYƏT - AÇIQLAMA

31 İyul 2025 13:22
Baxış: 1 112
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən Təhsil Tələbə Krediti formalaşdırılıb.

Milli.Az xəbər verir ki, qaydalardakı uyğunsuz tələblər bəzi vətəndaşlar üçün bu kreditləri əlçatmaz edib. 

Redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, o magstraturaya imtahan verib və ödənişli əsaslarla qəbul olub.

"Mənim qəbul olduğum ixtisasda 40-45 bal arası toplayanlar ödənişliyə düşüb, 45 baldan yuxarı toplayanlar isə ödənişsiz qəbul qazanıb. Mən də Təhsil Tələbə Krediti fonduna müraciət etdim, lakin müraciətimə imtina cavabı gəldi. Məlum oldu ki, bu krediti almaq üçün mən 50 balı keçməli idim. Bizim ixtisasda da 50 balı keçənlər onsuz da pulsuz da oxuyacaqlar. Onlar da kredit üçün müraciət edə bilməz, kreditə ehtiyacı olanlara da bu kredit verilmir". 

Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Emin Şeydayev açıqlama verərək bildirib ki, kreditlərin verilməsi bu qaydada olur ki, tələbənin sonuncu semesterde ortalama balı min. 71 bal olmalıdır:

"Birinci kursun ilk semesterində isə tələbənin ortalama balı olmadığı üçün qəbul balına baxılır. Bu da magistrlar üçün 2 formadadır. Qabiliyyət tələb edən ixtisaslar üçün 30 bal, digər ixtisaslarda isə 50 baldır. Bu bütün ixtisaslar üçün keçərlidir. 

Həmin tələbə bu qəbul balı ilə birinci semestr Təhsil Tələbə Krediti ala bilməyəcək, əgər uyğun gələrsə, sosial növdə olan Təhsil Tələbə Krediti ala bilər.

Əgər sosial növdən yararlana bilmirsə, tələbə bu semester kəsrsiz oxuyaraq ortalama balını 71+ edərsə, ikinci semester üçün standart Təhsil Tələbə Kreditinə müraciət edə bilər. 

Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hər hansı ixtisasa görə dəyişmir. 

Yalnız qabiliyyət tələb edən ixtisaslarda qəbul balı 30 bal olaraq müəyyənləşdirilib. Bakalavrda da bu belədir. Bakalavrlar üçün isə 250, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə 100 baldır".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.