Təhsil

Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq

8 İyul 2025 14:26
Baxış: 2 368
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb.

Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur.

Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı BTE ilə bağlanılmış müqavilənin dəyəri 226 560 manat müəyyənləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.