Təhsil

Ali məktəblərdə ən çox plan yerləri ayrılan ixtisasların siyahısı AÇIQLANDI

11 İyun 2025 11:21
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il ali təhsil müəssələrinə dövlət sifarişli yerlərin sayı artıb. Ümumi yerlərin yarısı, yəni 33 min ödənişsiz olacaq. Bütün ixtisas üzrə ümumi balı 200, ikinci mərhələdə blok üzrə 150-dən çox olan abituriyentlər qrupun bütün ixtisaslarını seçə bilərlər. 

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu il ali təhsil müəssələrində 63 min plan yeri ayrılıb:

"Ötən il bu rəqəm 60 min idi. Ali təhsil müəssələrində qəbul planında qruplar üzrə ən çox plan yeri ayrılan ixtisaslarda məlum olub. Birinci ixtisas qrupunda it yönümlü, ikinci ixtisas qrupunda maliyyə, üçüncü ixtisas qrupunda sosial iş, dördüncü ixtisas qrupunda biotexnologiya kimi ixtisaslarda plan yerlərinin sayında artım müşahidə olunur. Bu il birinci ixtisas qrupunda imtahan verənlərin şansı daha yüksəkdir. Çünki bu qrup üzrə plan yeri 20 mindən çoxdur. İkinci ixtisas qrupunda 14935, üçüncü ixtisas qrupunda 15583, dördüncü ixtisas qrupunda isə 4732 plan yeri ayrılıb". 

Ekspert qeyd edib ki, əgər abituriyentlər düzgün seçimlər edərlərsə, qəbul şansları daha yüksəkdir. 

Xatırladaq ki, qəbul imtahanının ikinci mərhələsi iyulun 6-sı və 13-ü keçiriləcək.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.