2025-ci ildə ümumi orta 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında yenilik olacaq.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, imtahanda iştirak edən şagirdlər üçün sual kitabçasından 4 sual çıxarılıb. Yerdə qalan suallardan isə bəziləri dəyişdirilərək xarici dildə inşa tələbi ilə əvəz olunub.
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, 9-cu siniflərin buraxılış imtahanlarında ediləcək dəyişikliklə bağlı əvvəlcədən məlumat verilib. Lakin, indi şagirdləri hansı tip sualların gözlədiyi dəqiqləşdirilib. Xanlar Xanlarzadənin sözlərinə görə, bu üsulla şagirdlərin xarici dil biliyi səviyyəsi yoxlanmış olacaq.
Xanlar Xanlarzadə əlavə edib ki, şagirlərdən tələb olunan, "Sual kitabçası"ndakı şəkillərə baxaraq kiçik inşa yazmaqdır. Lakin bunun bağlı minimal tələb var.
DİM-dən o da bildirilib ki, bu, yalnız 9-cu sinif şagirdlərinin imtahanlarına aiddir. 11-ci sinif şagirdlərini isə imtahan sualları arasında heç bir dəyişiklik gözlənilmir.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az