Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisaslarda ballar artacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib ki, builki keçid ballarında dəyişiklik gözlənilir.
O bildirib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq. Orada isə abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".
Milli.Az bildirir ki, məsələ ilə bağlı Publika.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, builki keçid ballarında müəyyən dəyişikliklərin olması qaçılmazdır:
"Əsasən, 3-cü qrupda 450 baldan yuxarı ixtisaslarda artım olacağı gözlənilir. Növbəti sırada 1-ci ixtisas qrupunda olan Riyaziyyat-informatika (Rİ) alt qrupunda olan ixtisaslarda ballarda bir qədər dəyişiklik olacaq. 4-cü ixtisas qrup ballarında da müəyyən qədər artım gözlənilir. 5-ci ixtisas qrupu üzrə qabiliyyət imtahanı ballarında da artım olacaq. Yalnız 2-ci qrupda 500 bala qədər olan ixtisaslarda qismən bal artımı olacaq".
Ekspert əlavə edib ki, üçüncü qrup üzrə Hüquqşünaslıq, Dövlət və ictimai münasibətlər, Beynəlxalq münasibətlər, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Xarici dil müəllimliyi ixtisaslarında, ümumiyyətlə bütün ixtisas qruplarında pedaqoji yönümlü ixtisaslarda keçid balları artacaq:
"Birinci qrupda isə Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Riyaziyyat və Fizika müəllimliyi ixtisaslarında bal artımı gözlənilir. Riyaziyyat-kimya (RK) alt qrupunda olan ixtisaslarda ballarda bir qədər dəyişiklik olacaq. Dördüncü qrup üzrə tibb, stomatologiya ixtisasında artım olacaq. 5-ci ixtisas qrupunda isə Fiziki tərbiyə və Dizayn ixtisaslarının ballarında artım mümkündür. Buna görə də abituriyentlər seçim edərkən daha diqqətli olmalıdırlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)





