Təhsil

Nazir: Gəncləri işaxtaran yox, işə götürən tərəf kimi görmək istəyirik

27 İyun 2024 12:15
Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər hər hansı bir sahə üzrə insanın bacarıqları ən yaxşı 10 faizə uyğun gəlirsə, o insanı istedadlı saymaq olar. 10 faizə daxil olmayanların da istedadlı olmaq şansı var.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O deyib ki, əsas olan istedad sözünə necə bir məna verməyimizdir:

"Bu gün buradakı tələbələrin səhnə performansını çox bəyəndim. İstedad mənim fikrimcə, qeyri-müəyyən sayda kateqoriyalarda olan bacarıqları özündə birləşdirir. Buradakı gənclərimizi iş axtaran kimi yox, işə götürən tərəf kimi görmək istəyirik. Ancaq biz gedib ona deyə bilmərik ki, bu gündən işaxtaran yox, işə götürən tərəf olacaqsan. Uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünə inamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır".

"Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir", - deyə nazir əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.