Azad Füzulidə 30 ildən sonra ilk "son zəng" - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeyd olunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsiz qalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinə qucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün son zəng sədaları eşidilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng sədaları eşidilib və bayram olaraq qeyd edilib.
465 nəfərin təhsil aldığı məktəbin 8 nəfər məzunu var. Son zəng günündə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, Elm və Təhsil Nazirinin Müavini Firudin Qurbanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivi və Füzuli şəhər sakinləri iştirak edib. Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.
Məzunların bayraq yürüşü ilə tədbirə start verilib.
Çıxış edənlər məktəb kolletkivini təbrik edib onlara uğurlar arzu ediblər. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu parlaq qələbə ilə torpaqlarımızı işğaldan azad edib. Ölkə rəhbərinin diqqət qayğısı sayəsində işğaldan azad olunan digər rayonlarımız kimi Qarabağın dilbər güşələrindən olan Füzuli torpaqlarında da həyat canlamağa başlayıb və bu günlər Füzuli sakinlərinin gələcək firavan günlərinin başlanğıcıdır. Vurğulanıb ki, həyatın canlandığı Füzulidə təhsil ocaqlarının sayı daha da çoxalacaq.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın açılışını etdikləri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb türk dünyasının qardaşlıq rəmzlərindən biri sayılır. Çıxışlardan sonra məktəblilərin ifasında musiqilər səsləndirilib, və milli geyimdə olan şagirdlərin rəqs nümunələri izlənilib. Məzunlar da öz növbəsində rəqs çıxışları ilə tədbirə rəng qatıblar. Daha sonra son zəng səsləndirilib məktəbin simvolik açarı digər sinif şagirdlərinə təhvil verilib. Son zəng günü bayramında tədbir iştirakçıları yallı rəqsinə qoşulublar.
Qeyd edək ki, Füzuli şəhərində sonuncu dəfə 1992-ci ildə son zəng günü qeyd edilib və həmin ildə 1975-ci il təvəllüdlü 60-a yaxın Füzulidən olan şagird son məzunlar olublar. 1993-cü ildə Füzuli ərazisi erməni hərbi birləşmələri tərəfindən mütamadi olaraq atəşə tutulduğu və işğala məruz qaldığı üçün həmin il Füzulidə son zəng qeyd edilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
Liamın 47 milyonluq mirası kimə qalacaq? - (Foto)
-
Səhiyyə Nazirliyi yoxladı: Bakıda bir sıra çimərliklərə giriş qadağan olundu (Foto)
-
Son bir həftədə 113 mina və 514 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib
-
Gündüz Babayev vəfat etdi
-
Bu həftə 3 gün iş olmayacaq
-
Məktəblilər idman meydanlarında güclərini sınadılar - MRİO-da ilk gün - (Foto)
-
Elvin Cəfərquliyev yenidən "Qarabağ"ın əsas heyətində
-
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib - (Foto)
-
Bakıda 7 günlük hava proqnozu - Ayın 26-dan yağışlar başlayır
-
Otlaqlar kiçilir, arpa tapılmır: Ət bahalaşacaq?
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Qara dənizdə Türkiyə gəmisini Rusiya vurubmuş... - (Foto)
-
Zelenski Polşanın ali dövlət mükafatı olan "Ağ qartal" ordenini poçtla niyə geri qaytardı?
-
NİİM-dən piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara müraciət - (Video)
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
-
Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb - (Foto)
-
DİN son iki gündə 90 cinayətin üstünü açdı - 71 nəfər saxlanılıb
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub - (Video/Foto)
-
Sumqayıtda 18 yaşlı qız 20 yaşlı tanışını bıçaqlayıb
-
"Bu ağrı ömrümün sonuna qədər mənimlə qalacaq" - Bəhram Bağırzadə
-
Ağcabədi Pedaqoji Kollecinə yeni direktor və müavin təyin edilib
-
Yankoviç “Qarabağ”ı tərk edib Türkiyə klubuna keçir?
-
Neft qiymətlərində azalma: Danışıqların yekunlaşması bazara təsir etdi
-
Qara dənizdə Türkiyə gəmisi vuruldu: Ölənlər var - (Foto)





