İqtisadiyyat

Azərbaycanın enerji sektorunda böyük potensialı var - İranın neft naziri

21 Noyabr 2021 15:12
Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın enerji sektorunda böyük potensialı var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə görüşdən sonra deyib.

C.Oucinin sözlərinə görə, İran və Azərbaycan arasında bu gün qaz sektorunda yaxşı razılaşmalar əldə olunub.

Nazir əlavə edib ki, Xəzər dənizində neft yataqlarının inkişaf etdirilməsi haqda müzakirələr aparılıb. Bu gün mütəxəssislərin iclasından sonra gələn həftələr ərzində müqavilənin imzalanacağına ümid olunur.

İranlı nazir bildirib ki, qonşu ölkələrdən, o cümlədən Türkmənistandan qazın Azərbaycana svop olunması (SWAP) haqda danışıqlar aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.