İqtisadiyyat

İri mühərrikli avtomobillərin aksiz vergisi qaldırılır

3 Noyabr 2021 11:13
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.

Milli.Az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklikdə bildirilir. 

Dəyişiklik aşağıdakı kimi təklif edilir:

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat ( əvvəl 13 manat idi) . Burada 4000 kubsantimetrədək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır. 

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat. (Hazırda bu məbləğ 18600 manat + hər kubsantimetrə görə 35 manatdır)

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat  ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır).

Qeyd edək ki, layihəyə təklif edilən dəyişikliklər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.