İqtisadiyyat

Elman Rüstəmovdan manat açıqlaması - Devalvasiya olacaq?

29 Oktyabr 2021 11:29
1 Şərh     Baxış: 6 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın valyuta bazarı sabitdir və manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manatın dayanıqlığı artıb və AMB tərəfindən manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək və hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir.

Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov deyib ki, 2021-ci ilin yekunlarına əsasən Azərbaycanda inflyasiya orta hesabla 6,2-6,5 faiz səviyyəsində gözlənilir.

O bildirib ki, gələn il orta inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu gün uçot dərəcəsinin 6,5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.

Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.