Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Unibank"ın ötən aydan mikro və kiçik sahibkarların istifadəsinə verdiyi avtomatlaşdırılmış kredit sistemi biznes sahiblərinin işini xeyli asanlaşdırıb. Bank bazarında hələ ki yeni olan bu xidmət, sahibkarların zamanına xeyli qənaətə və biznes sahəsindən ayrılmadan, rahatlıqla kredit əldə etmələrinə imkan yaradır. Biznes sahibləri tərəfindən çox yüksək dəyərləndirilən avtomatlaşdırılmış kredit sistemi, sahibkarların kredit əldə etmək üçün filiallarda vaxt itirməsinin qarşısnı alır. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə ötürülür, sistem məlumatları təhlil edərək sahibkara ayrılan kredit məbləğini dərhal müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır.
Xidmətin istifadəyə verildiyi ötən müddət ərzində mikro və kiçik sahibkarlara ayrılan kreditin 25%-dən çoxu avtomatlaşdırılmış sistem vasitəsilə ayrılıb. İlin sonunadək bu göstəricinin 50%-i ötməsi planlaşdırılır. Artıq "Unibank"ın bölgə filiallarında da biznes kreditlərinin avtomatlaşdırılmış sistem vasitəsilə ayrılmasına başlanılıb. Yeni sistemin sahibkarlar üçün daha bir üstünlüyü onların gələcəkdə də kredit üçün banka gəlmək zərurətini aradan qaldırmasıdır. Avtomatlaşdırılmış sistemlə ayrılan kreditlər kartla verildiyindən, sahibkar bir telefon zəngi ilə növbəti kredit istəyini bildirir və kredit məbləği avtomatik həmin karta daxil edilir. Yəni bu layihə sahibkarın istədiyi vaxtda maliyyə vəsaitinə çıxışını təmin edir, vaxt itkisinin qarşısını alır və zamin axtarmasına ehtiyac qalmır.
"Unibank"ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi bankın "Sumqayıt", "Xırdalan", "Əcəmi", "İnşaatçılar", "Əhmədli", "Bakıxanov", "Mərdəkan", "Nərimanov", "Neftçilər", "Quba", "Xaçmaz", "Şəki", "İsmayıllı", "Bərdə", "Şəmkir", "Gəncə", "Kəpəz", "Tovuz", "Mingəçevir", "Salyan" və "Lənkəran" filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank)əldə etmək olar.
Unibank - Sənin Bankın!
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)





