İqtisadiyyat

Azərbaycanda AI-95 və AI-98 markalı benzin bahalaşdı: səbəb nədir? - RƏSMİ AÇIQLAMA

15 Sentyabr 2021 09:35
Baxış: 5 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda AI-95 ("Premium") və AI-98 ("Super") benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

Bunu Trend-ə SOCAR PETROLEUM mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib.

"Azərbaycanda "A-98 SUPER" və "A-95 PREMİUM" yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır", - o deyib. 

Qeyd edək ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti hər litrə müvafiq olaraq 1 manat, dizelin qiyməti isə 0,80 manat olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.