Aqrar sahədə fəaliyyət göstərən sahibkarlar KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 13-də Xaçmaz şəhərində keçirilən toxum sərgi-satış yarmarkasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara göstərdiyi dəstək və xidmətlər də təqdim olunub.
KOBİA-dan bildirilib ki, Agentliyin Xaçmaz KOB evinin qarşısında təşkil olunmuş yarmarkada iştirakçılara KOBİA-nın KOB dostu, KOB evi və KOB İnkişaf Mərkəzi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Xaçmaz KOB evində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurum tərəfindən 200-ə yaxın xidmət göstərilir. Xaçmaz KOB İnkişaf Mərkəzi sahibkarlara mərkəzdə və təsərrüfatlarda olmaqla ödənişsiz təlim və məsləhət xidmətləri göstərir. Öz biznesini qurmaq və inkişaf etdirmək istəyən sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən göstərilən xidmətlər, sahibkar maraqlarının müdafiəsi üçün KOB dostuna müraciət edə bilərlər. Həmçinin, sərgi çərçivəsində sahibkarlara KOBİA-a tərəfindən göstərilən daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, "Startap" şəhadətnaməsi, kobmarket.az onlayn ticarət portalı barədə də məlumat verilib.
Yarmarkada həmçinin, Agentliyin "KOB könüllüləri" tərəfindən iştirakçılara KOBİA-nın fəaliyyətinə dair müxtəlif məlumatlandırıcı bukletlər paylanıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə keçirilmiş toxum sərgi-satış yarmarkasında Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən fermerlər, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər. Yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi





