İqtisadiyyat

“Aqrar tədarük və təchizat” ASC-nin yaradılması haqqında Fərmanda dəyişiklik edilib

3 Sentyabr 2021 15:55
Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyev "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla qərara alınır:

- "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2557) 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"3.3. Cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir;".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.