2021-ci il avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,496 milyard dollar təşkil edib.
Milli.Az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artıb.
Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,6 faiz və ya 41,2 milyon dollar artıb.
Milli.Az