Cari ilin 6 ayı ərzində ölkədə qaz hasilatı və ixracı artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2021-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 17,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 369,1 min ton az olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, respublika üzrə neft hasilatının 11,4 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,9 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.
Bu dövrdə təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 faiz azdır.
Cari ilin 6 ayı ərzində ölkədə 20,3 milyard kub metr qaz hasil edilib. Qazın 6,4 milyard kub metri AÇG-dən, 10 milyard kub metri "Şahdəniz"dən, 3,9 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kub metr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 milyard kub metr, Avropaya təqribən 3,2 milyard kub metr, Gürcüstana isə 1,2 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kub metrdən çox qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 iyul 2021-ci il tarixinədək 567 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 535 milyon tondan çox neft, "Şahdəniz"dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2021-ci ilin 1 iyul tarixinədək təqribən 567 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 183 milyard kub metr, "Şahdəniz"dən isə 145 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın təxminən 98 milyard kub metrdən çoxu ixraca nəql edilib.
Ölkədə neftin emala təhvili 2021-ci ilin yanvar-iyun ayında 3,3 milyon ton təşkil edib. Neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 276,3 min ton çox olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Dünya bazarında neft ucuzlaşdı
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
XƏBƏR LENTİ
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Ardanın qiyməti rekorda qalxdı
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı





