İqtisadiyyat

Azərbaycan ərzaq təhlükəsizliyini strateji prioritet kimi nəzərdən keçirir - FAO

23 İyul 2021 19:32
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan hökuməti ərzaq təhlükəsizliyini hər zaman ölkə üçün strateji prioritet kimi nəzərdən keçirir.

Bu barədə Trend-ə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildiriblər.

Qeyd olunub ki, 2019-cu il aprelin 29-da hökumət "2019-2025-ci illər üçün Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramı"nı təsdiq edib: "Dövlət proqramının əsas tapşırıqları qida məhsullarının təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatın yaxşılaşdırılması, aqrokimyəvi məmulatlar və baytarlıq materialları üzərində nəzarətin gücləndirilməsidir".

Təşkilatdan onu da bildiriblər ki, ərzaq qiymətlərinin qlobal artım tendensiyası ilə əlaqədar hökumət yerli bazarların qlobal çalxalanmalardan qorunması üzrə müəyyən tədbirlər görür. Bu, əsasən, ölkədə kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi proqramlarının genişlənməsi ilə əlaqədardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.