İqtisadiyyat

Ziraat Bank Azərbaycan-ın rəhbərliyinə yeni təyinatlar

21 İyun 2021 10:55
Baxış: 2 125

Ziraat Bank Azərbaycan-ın Müşahidə Şurası və İdarə Heyətində yeni təyinatlar baş tutub. Belə ki, dəyişikliklərə əsasən Müşahidə Şurasının sədri Dr. İlker Met, İdarə Heyətinin Sədri isə Dr. Selçuk Demir, təyin edilib.  Qeyd edək ki, 2015-ci ildən bu günə qədər "Ziraat Bank Azərbaycan" ASC İdarə Heyətinin Sədri vəzifəsini Avni Demirci icra edib. 

Ziraat Bank Azərbaycanda təşkil edilən tədbirdə, Avni Demirci Dr. Selçuk Demir vəzifə səlahiyyətlərinin ötürəcəyini elan etdi. Tədbirdə Avni Demirci Ziraat Bank Azərbaycanın uğurları və nailiyyətləri haqqında danışdı. 2015-ci ildə, çox qısa bir müddət ərzində, bankın qurulmasını tam yekunlaşdırmaqla, Azərbaycan bank sektorunda mühum yerə sahib çıxaraq,  Ziraat-a məxsus, xüsusi kredit anlayışını gətirdiklərini və  bankın müştəri yönümlü bir çox yeni addımlar atmağa nail olduğunu qeyd etdi. Bankın tarixindən danışarkan Avni Demirci bildirdi: "Ziraat Bank Azərbaycanın yarandığı gündən  qurucu İdarə Heyətinin Sədri vəzifəsini icra etdiyim və indi də çox dəyərli bir həmkarıma vəzifəmi təhvil verdiyim üçün xoşbəxtəm. Vəzifəmi çox böyük fəxr hissi ilə Selçuk bəyə təhvil verirəm, və ona bol bol uğurlar və daha da böyük nailiyyətlər arzulayıram. Əminəm ki, Selçuk bəyin rəhbərliyi altında bank yeni, daha da uğurlu mərhələyə çıxacaq.". Qeyd edək ki,  Avni Demirci artıq 1992-ci ildən etibarən Ziraat Bank-da çalışır, bundan öncə  Ziraat Bank Özbəkistan, Ziraat Bank Türkmənistan ve Ziraat Bank Moskva-nın İdarə Heyətinin sədri vəzifəsini icra etmişdir. 2015-ci ildən etibarən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır.


Tədbirdə, Dr. Selçuk Demir, öz növbəsində Ziraat Bank Azərbaycanın Avni bəyin rəhbərliyi altında, qısa bir müddət ərzində əldə etdiyi uğurlardan danışaraq, bu illər ərzində göstərdiyi fəaliyyətə və arzularına görə təşəkkürünü bildirdi. 
Qeyd edək ki, Dr.Selçuk Demir bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Anadolu Universitetinin Biznesin İdarəedilməsi, İstanbul Ticarət Üniversitetinin Beynəlxalq Bankçılıq və İstanbul Universitetinin İqtisadiyyat bölmələrinin məzunudur. İqtisad üzrə fəlsəfə doktorudur. Ziraat Bank komandasına 2001-ci ildə qoşulmuşdur. Fərqli illərdə Ziraat Bank-ın müxtəlif filiallarının müdiri, qrup rəhbəri, bölgə kordinatoru vəzifələrində çalışmışdır. Son olaraq Ziraat Bank İstanbul-1 Bölgə Müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
Ziraat Bank Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Ziraat Bank Azərbaycanın Müşahidə şurasında da dəyişikliklər baş vermişdir. Belə ki,  Müşahidə Şurasının sədri Bilgehan Kuru öz vəzifələrini Dr.İlker Mete təhvil vermiş, Tahir Demirkıran və Zaffer Aydını isə Altan Güler və Kemalettin Bayat əvəz etmişlər. Qeyd edək ki, Dr. İlker Met həmçinin İnsan Resursları üzrə Ziraat Bank-ın Qrup Rəhbəridir.  Müşahidə Şurasını təmsil edən hər üç şəxs uzun müddətdir ki Ziraat Bank-da çalışır və bank sahəsində zəngin təcrübəyə malikdirlər.

Bankdan təqdim edilən məlumata əsasən, qeyd edilən dəyişikliklər bankdaxili yeni rotasiyalar ilə bağlıdır. 

"Ziraat Bank Azərbaycan" ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxildir. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.

Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.