İqtisadiyyat

Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR

15 Mart 2021 15:51
Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 (doqquz) nəfərdən ibarət olacaq.

Buna qədər kollegiyanın tərkibi 7 nəfərdən ibarət idi.

Qərarla kollegiyanın tərkibinə aşağıdakılar daxildir:

Kollegiyanın sədri:

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Hüquq və qeydiyyat şöbəsinin müdiri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.