Dünya

İlon Mask Makqreqora maliyyə yardımı təklif edib

14 Sentyabr 2025 22:01
Baxış: 296
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Keçmiş UFC çempionu, irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor 54 yaşlı amerikalı sahibkar və milyarder İlon Maskın İrlandiyada keçiriləcək prezident seçkiləri üçün ona maliyyə dəstəyi göstərmək istəyindən danışıb.

Milli.Az xəbər verir ki, jurnalist Adam Qlin "X" sosial şəbəkəsində Makqreqorun sözlərini sitat gətirib.

"İlon əsl superqəhrəmandır. O, məni dəstəkləyəcəyinə söz verdi. Bilirsiniz, o, hətta maliyyə yardımı təklif etdi, amma mən dedim ki, buna ehtiyac yoxdur. Mən pul üçün burada deyiləm. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm", - deyə Makqreqor bildirib.

Qeyd edək ki, İrlandiyada prezident seçkiləri 2025-ci il oktyabrın 24-də keçiriləcək. (oxu.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.