Ölkə

Azərbaycanda Bilik Günüdür

15 Sentyabr 2025 00:04
Baxış: 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

Milli.Az-ın xəbərinə görə, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.

Azərbaycanda yeni tədris ilində  2,2 milyon təhsilalan olacaq. 

2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.

Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub. 

Həmçinin yeni tədris ilindən Bakı məktəblərində jurnallar ləğv olunur və "Rəqəmsal məktəb" platforması fəaliyyətə başlayır. 

Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.

Məlumat üçün bildirək ki, son illərdə 600-ə yaxın yeni məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.