İqtisadiyyat

Azərbaycan Aİ-dən idxalı artırıb

8 Mart 2021 17:54
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin yanvarında Avropa İttifaqından (Aİ) Azərbaycana məhsul idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 180,35 milyon dollar təşkil edib.

Milli.Az bildirir ki, Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın ümumi idxalında Aİ-nin payı 22,9 faizə bərabər olub.

2021-ci ilin yanvarında Azərbaycandan Aİ-yə ixrac 991,71 milyon dollar təşkil edib. Hesabat dövründə Azərbaycanın ümumi ixracında Aİ-nin payı 61,07 faizə bərabər olub.

Tərəflər arasında xarici ticarət əməliyyatlrının həcmi 1,172 milyard dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.