İqtisadiyyat

Azərbaycana ötən il 9,5 mln. manatlıq dezinfeksiyaedici vasitələr idxal edilib

24 Fevral 2021 16:49
Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il ərzində Azərbaycana 5,597 mln. ABŞ dolları dəyərində (9,515 mln. manat) 1 788,9 ton dezinfeksiyaedici vasitələr idxal edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu göstərici həcm baxımından 62,2%, dəyər ifadəsində isə 57,1% artıb. Ötən il ölkəyə ən çox dezinfeksiyaedici vasitələr Türkiyə, Böyük Britaniyada və Almaniyadan idxal olunub.

Hesabat dövründə, Türkiyədən ölkəyə 2,647 mln. dollar dəyərində 900,11 ton, Böyük Britaniyadan 1,093 mln. dollarlıq 323,01 ton Almaniyadan isə 497,13 min dollar dəyərində 144,04 ton dezinfeksiyaedici vasitələr gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.