“Azəriqaz”da “Açıq qapı” günləri keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti çatmış sayğacların əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşmaqdadır. Hətta bir sıra ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin də bu məqama toxunduğuna rast gəlinir".
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumat qeyd olunub.
"Bütün bunları nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyi gələn həftənin 2 və 4-cü günləri Birliyin Metrologiya Departamentində saat 14:00-dan 17:00-dək "Açıq qapı" günləri elan edir. Media və ictimaiyyət nümayəndələri, abonentlərimiz təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyə bilərlər. "Azəriqaz" İB rəsmiləri isə bütün lazımi açıqlamaları verməyə, ehtimal olunan sualları cavablandırmağa hazırdır" , - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, təbii qaz ölçü qurğuları (sayğaclar) ölkəyə gətirildikdən sonra "Azəriqaz" İstehsalat Birliyinin Metrologiya Departamentində mərhələli yoxlamalardan keçir. Bu proses Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarətində olur:
"Prosedurların icrasından sonra sınağı uğurla başa vuran sayğaclar İnstitut tərəfindən dövlət reyestrinə daxil edilir və bundan sonra istismara (abonentlərin istifadəsinə) verilməsi təsdiqlənir. Bütün sadalanan proseslər Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssislərinin müşahidəsi altında həyata keçirilir. Məlumat üçün qeyd edək ki, hər iki qurumun nümayəndələri "Azəriqaz" İstehsalat Birliyinin Metrologiya Departamentində daimi fəaliyyət göstərir. Yəni bu qədər ciddi nəzarət və müşahidənin mövcudluğu şəraitində qaz ölçü qurğularının sərfiyyatı çox qeydə alması qeyri-mümkündür. Bəzən yanlış səsləndirilən fikirlər isə ictimaiyyətdə səhv başa düşülür və bu, yekun olaraq 2 milyon 330 minə yaxın əhali abonenti olan bir qurumun işgüzar nüfuzuna xələl gətirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi





