Bank məlumatlarınızı bu saytlara daxil etməyin - Nazirlikdən xəbərdarlıq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini "Azərpoçt" MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Azərpoçt" MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta "WhatsApp" nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.
Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.
Qeyd edək ki, real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir.
Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda





