İqtisadiyyat

"Turistlər Qarabağın turizm potensialından və imkanlarından istifadə edə biləcəklər"

18 Yanvar 2021 16:27
Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 15-də Prezident İlham Əliyev tərəfindən əsası qoyulan Füzuli Beynəlxalq Hava Limanının tikintisi və eyni zamanda burada qeyd etmək lazımdır ki, logistika və nəqliyyat dəhlizlərinin mükəmməlləşdirilməsi, yaradılması Azərbaycanda turizmin inkişafına böyük bir töhfədir.

Bunu Milli.Az-a açıqlamasında turizm eksperti Ruslan Quliyev deyib.

Ekspert bildirib ki, Prezident tərəfindən təməli qoyulan beynəlxalq hava limanı gələcəkdə ölkəyə cəlb olunacaq turistlərin artmasına səbəb olacaq:

"Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq turizm, regional turizm baxımından çox əhəmiyyətlidir. 

Təsəvvür edin ki, Avropadan, Türkiyədən, digər qonşu dövlətlərdən gələcək turistləri birbaşa Qarabağ bölgəsinin turizm potensialından və imkanlarından istifadə etmək imkanı yaranacaq. Bu da gələcəkdə ölkəyə cəlb olunacaq turistlərin artmasına öz töhfəsini verəcək. Bu gün Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin Qars-İğdır-Naxçıvan və təbii ki, Naxçıvan-Zəngilan arasında da bu koridorun həyata keçirilməsi müasir İpək Yolu layihəsində də öz töhfələrini verəcək və alt məhsullarının yaradılmasına şərait yaradacaq. Bu, eyni zamanda, pandemiya dövründə regional turizmin, Qarabağ turizminin inkişafına və çeşidli məhsulların hazırlanmasına səbəb olacaq.

Eyni zamanda ortaq tarixlər araşdırılır. Ümumiyyətlə, müxtəlif Avropa xalqları və digər xalqlarla ortaq tarixlərimiz var. Məsələn, "Aleksandr Düma Qafqazda", "Azərbaycanda alman məskənləri" və s. hekayələrini biz daha da genişləndirməliyik. Burada etnoqrafçılarımız, tarixçilərimiz də dövriyyəyə girməlidirlər. Və beləcə, yeni turizm marşurutları ilə Qarabağa tursit axınını təmin etmiş ola bilərik. Bu marşurutların çeşidli olması Azərbaycanın əlverişli bir turizm məkanına çevilməsinə şərait yaradacaq". 

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.