KOB inkişaf mərkəzləri 1200-ə yaxın sahibkar üçün təlim və məsləhət xidmətləri təşkil edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) bilik və bacarırlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi məqsədilə 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişaf mərkəzi fəaliyyətə başlayıb.
Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, ötən il bu mərkəzlər tərəfindən müxtəlif mövzularda 100-ə yaxın təlim keçirilib, 2500 saata yaxın məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb.
Qeyd edək ki, KOBİA strukturuna daxil olan KOB inkişaf mərkəzlərində ödənişsiz olaraq KOB subyektləri, startaplar və biznesə başlamaq istəyənlərin biznesyönümlü bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil olunur, məsləhət xidmətləri göstərilir, təcrübə proqramlarında iştiraka, biznes ideyaların maliyyə resurslarına yönləndirilməsinə dəstək təmin olunur.
Həmçinin, 2020-ci il ərzində KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq sahibkarlara 150-yə yaxın biznes planının hazırlanmasında dəstək göstərilib.
KOB inkişaf mərkəzlərinin dəstəyi ilə 2020-ci ildə 10 yeni KOB subyekti yaradılıb ki, bunun 4-ü fərdi sahibkar, 6-sı isə MMC-dir. Yeni yaradılmış sahibkarlıq subyektləri Quba-Xaçmaz iqtisadi rayonu və Sumqayıt şəhərlərində kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərirlər. KOB inkişaf mərkəzləri tərəfindən bu KOB-lara dəstək tədbirləri hazırda da davam etdirilir. Eyni zamanda, KOB inkişaf mərkəzlərinin təlim və məsləhət xidmətlərindən yararlanmış qadınlara beynəlxalq layihə çərçivəsində qrant ayrılmasına dəstək göstərilib, mərkəzlərin xidmətlərindən istifadə etmiş 50-dən çox vətəndaş özünüməşğulluq proqramı ilə əlaqələndirilərək müvafiq aktivlərlə təmin olunub.
2020-ci ildə beynəlxalq təcrübənin öyrənilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə 29 sahibkar və menecer "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"dan yararlanıb. KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu proqram çərçivəsində 2021-ci ildə də Azərbaycan sahibkar və menecerlərin beynəlxalq təcrübəni öyrənməsi və işgüzar əlaqələrini inkişaf etdirməsi üçün tədbirlər davam etdiriləcək.
Yaxın aylarda həmçinin, KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün video təlim platfoması istifadəyə veriləcək. Bu platformada KOB subyektlərinin ehtiyaclarına uyğun istiqamətlər üzrə təlim videoları, tədris materialları və özünüqiymətləndirmə testləri yerləşdiriləcəkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar





