İqtisadiyyat

Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA

24 Noyabr 2020 16:57
Baxış: 764
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl rayonunda ev və obyektlərə dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda artıq dəqiqləşdirmə aparılıb. 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma 47 ev qəzalı vəziyyətdədir.

Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 325 fərdi evə baxış keçirilib. Onlardan 4-ü məktəb, 3-ü isə inzibati binadır. Füzuli rayonunda 11 ev tam olaraq dağılıb, qalanları isə qəzalı vəziyyətə düşüb. Hazırda Füzuli rayonunda araşdırmalar davam edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.