İqtisadiyyat

KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub - FOTO

27 Oktyabr 2020 15:55
Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) könüllüləri Azərbaycan ordusuna mənəvi dəstək məqsədilə "ASAN Könüllüləri" Təşkilatının "Əsgərə məktub" layihəsinə qoşulub.

KOBİA-dan Milli.Az-a bildirilib ki, ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" ofislərinin və Xaçmaz KOB evinin 50-yə yaxın könüllüsü "ASAN xidmət" mərkəzlərindən və www.esgeremektub.az saytından istifadə etməklə Azərbaycan əsgərlərinə məktublar göndəriblər.

"KOB könüllüləri"nin məktublarında əsgərlərimizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından fəxrlə bəhs edilir, tarix yazan müzəffər Azərbaycan Ordusunun mənfur düşmənə qarşı göstərdiyi rəşadətə görə minnətdarlıq ifadə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.