Pandemiya dövründə daxili bazar araşdırmalarının aparılması daha vacibdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
KOBİA: Sahibkarların daxili bazar araşdırması mexanizmindən istifadə etməsi biznesi pandemiyanın neqativ təsirlərindən sığortalaya bilər
Biznesin qurulması və inkişafı, yeni məhsul və xidmətlərin istehsalı baxımından bazar araşdırmalarının aparılması önəmlidir. Koronavirus pandemiyası (COVID-19) kimi qeyri-müəyyən dövrlərdə isə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. Belə ki, pandemiyanın yaratdığı çətinliklər və iqtisadi məhdudiyyətlər şəraitində bazar araşdırması yeni məhsul və xidmətin yaradılması üçün bazarın mövcud vəziyyətini təhlil etməklə sahibkarı mümkün risklərdən və əlavə xərclərdən sığortalayır.
Milli.Az Trend-ə istinadən bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznesin qurulması və inkişafında, yeni məhsul və xidmətlərin yaradılmasında daxili bazar araşdırmalarının önəmini bir daha mikro, kiçik və orta sahibkarlıq subyektlərinin diqqətinə çatdırır və sahibkarlara pandemiya dövründə daxili bazar araşdırması mexanizmindən daha geniş istifadə etməyi tövsiyə edir.
Qeyd edək ki, 2019-cu ildən etibarən daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə və informasiya dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.
Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını (https://bit.ly/302axR2) dolduraraq Agentliyə birbaşa və ya [email protected] vasitəsilə elektron müraciət edə bilərlər. Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi və (012) 404 04 01.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu





