İqtisadiyyat

Yankauskas: "Pandemiyaya baxmayaraq, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq davam edir"

18 Sentyabr 2020 11:50
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasına baxmayaraq, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "Aİ-Azərbaycan 2020-2022" onlayn biznes forumunda deyib.

O bildirib ki, Azərbaycan hökuməti pandemiyanın yaratdığı problemlərə baxmayaraq, neft-qaz ehtiyatlarının tədarükünü yüksək səviyyədə davam etdirir.

K.Yankauskas əlavə edib ki, Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək:

"Aİ "yaşıl" iqtisadiyyat, eləcə də informasiya texnologiyaları sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Azərbaycanla əməkdaşlıq etməkdə olan Aİ şirkətləri bu ölkədə layihə reallaşdırmaq istəyən digər şirkətlər üçün perspektivlər açır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.