Rumıniyada “SOCAR” brendi altında 50-ci YDM istifadəyə verilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əsrin müqaviləsi"nin imzalanmasının 26-cı ildönümü və "Neftçilər günü" peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti 50-ci yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
SOCAR-dan Milli.Az-a verilən məlumata görə, yeni məntəqə xarici turistlərin və yerli sakinlərin daha çox səfər etdiyi, ölkənin əsas turizm mərkəzlərindən biri olan Sibiu regionunda açılıb. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 3-cü YDM-dir.
SOCAR-ın Rumıniyadakı törəmə SOCAR Petroleum SA şirkətinin İcraçı direktoru Həmzə Kərimov bildirib ki, Rumıniyada investisiya layihələrini uğurla həyata keçirən SOCAR YDM şəbəkəsini genişləndirməkdə davam edir.
"Bu ilin sonunadək Rumıniyada SOCAR yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırırıq. Bildiyiniz kimi, cari ildə bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. COVID-19 virusu dünya və o cümlədən Rumıniya iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma buna baxmayaraq SOCAR Rumıniyada cari ilin ilk 6 ayını mənfəətlə başa vurub, 2020-ci il üçün qarşıya qoyulan strateji inkişaf planını da 100 faiz həyata keçirib" - H. Kərimov əlavə edib.
"SOCAR Petroleum SA"nın İnkişaf departamentinin müdiri Dan Dumitrache isə bildirib ki, hər bir YDM-də olduğu kimi, bu məntəqədə də müştərilərə benzin və dizel yanacaqları, həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Made in Azerbaijan" brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılıb: "SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.
Hazırda SOCAR Rumıniyanın 24 regionunda "SOCAR" brendli məntəqəyə malikdir".
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsi ilə həyata keçirir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)





