İqtisadiyyat

Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin xərcləri artırılıb

31 Avqust 2020 15:48
Baxış: 1 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsində dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərmanında əksini tapıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 384 088,2 min manatdan 7 832 893,4 min manata endirilib, xərcləri isə 11 589 910,3 min manatdan 12 439 910,3 manata qaldırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.