İqtisadiyyat

SOCAR Pakistana mayeləşdirilmiş təbii qaz nəql edib

28 Avqust 2020 14:39
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqustun 28-də Pakistana təxminən 140 min kubmetr mayeləşdirilmiş təbii qaz nəql edib.

Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, "SOCAR Trading" mayeləşdirilmiş təbii qaz nəqlini üç il əvvəl həyata keçirməyə başlayıb. Şirkət Pakistana müntəzəm olaraq karbohidrogen tədarük edir və bu istiqamətdə gələcəkdə də işləməyə davam edəcək:

"Mayeləşdirilmiş təbii qaz üçüncü ölkələrdən alınır və üçüncü ölkələrlə alıcılar arasında bizim ticarət dövriyyəmizin tərkib hissəsidir. Azərbaycanın dünya okeanına birbaşa dəniz çıxışı olmadığı üçün bu məhsul Azərbaycandan ixrac edilmir. Beləliklə, mayeləşdirilmiş təbii qazın aşağı qiymətlə Pakistana təqdim edilməsi Azərbaycanın öz təbii qazının satışından əldə etdiyi gəlirə heç bir təsir göstərmir".

Qeyd edək ki, SOCAR Pakistana mayeləşdirilmiş təbii qazın ən aşağı qiymətini təklif edib. Bu, "Brent" markalı neftin qiymətinin 5,73 faizinə bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.