İqtisadiyyat

Quba və Bərdə rayonlarında Peşə Hazırlığı Mərkəzləri açılacaq

15 Avqust 2020 23:37
Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən Quba və Bərdə rayonlarında Peşə Hazırlığı Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlığının artırılmasıdır.

Agentlik tərəfindən həmçinin mövcud peşə hazırlığı mərkəzlərinin maddi-texniki bazasını və idarəetmə sistemini təkmilləşdirilmək, peşə hazırlığı kurslarının beynəlxalq standartların tələb və şərtlərinə uyğun təşkil etmək hədəflənib. Həmçinin peşə hazırlığı prosesinin rəqəmsallaşdırılması, elektron dərslik və dərs vəsaitlərinin hazırlanması nəzərdə tutulub.

2030-cu ilədək DMA-nın nəzdində regional peşə hazırlığı mərkəzlərinin sayının 10-a çatdırılması planlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.