Konstitutsiya Məhkəməsi əmanətçilərin xeyrinə qərar qəbul edib - İZAH
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Konstitutsiya Məhkəməsi blok olunmuş əmanətlər ilə bağlı qərarını elan etdi. Qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Deputat bildirib ki, "təshih tədbiri" bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarı nəzərdə tutur. Yəni, müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur. Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilmişdir. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir:
"Qərarda, eyni zamanda, qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Bu müflis elan olunan Atabank ilə bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filiala miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi.
Güman olunur ki, bu qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq





