İqtisadiyyat

Üç yeni biznes assosiasiyası yaradıldı

24 İyul 2020 13:04
Baxış: 1 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə "Qum, çınqıl və daş istehsalçıları assosiasiyası" İctimai Birliyi, "Azərbaycan zərgərlər assosiasiyası" İctimai Birliyi və "Ticarət şəbəkələri" İctimai Birliyi yaradılıb.

KOBİA-dan Trend-ə verilən məlumata görə, hər üç biznes assosiasiyası dövlət qeydiyyatına alınıb və artıq fəaliyyətə başlayıb.

Yeni assosiasiyalar müvafiq sahələrin inkişafına dəstək olmaq, bu sektorlarda təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması, sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. KOBİA biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, sahibkarlar arasında biznes assosiasiyalarının yaradılmasını təşviq edir. Agentlik yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan əksəriyyəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahəvi assosiasiyalardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.