İqtisadiyyat

Mikayıl Cabbarov: Cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb

16 İyul 2020 08:43
Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz kölgə iqtisadiyyatının həcmini ölçərkən dövriyyələrə fikir veririk - xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8 faiz artıb. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1 azalıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir. Qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri fəaliyyət sahələri üzrə aşağıdakı kimi olub: sənayedə 3,2 faiz, ticarətdə 6 faiz, o cümlədən pərakəndə ticarətdə 15,3 faiz. Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7 faiz azalmasını, hətta ictimai iaşədə 36,8 faiz azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3 faiz artımı qeydiyyatdan keçiririk. Tikinti sektorunda 2,9 faiz artım dövriyyələri rəsmiləşməsində, halbuki 14,1 faiz azalma neft kontraktları nəzərə alınmadan və bir sıra digər sahələrdə:

"Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artıb ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.