213 obyektdə sanitar-epidemioloji tələblər pozulub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sahibkarlıq subyektlərində monitorinqlər davam edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 10-da keçirdiyi monitorinqlərdə Yasamal rayonunda "Uğur market"də, "City market"də, "Ukrayna məhsulları" mağazalarında, "İstanbul dönər"də, Səbail rayonunda "Asian Street Food" ictimai-iaşə obyektində, "Dokta" MMC-yə məxsus aptekdə, Natiq Kələntərova məxsus "Min bir xırdavat" mağazasında, Nizami rayonunda "Nağıl market"də, "Hermes market"də, "Oba market"də, Əbülfət Səfərova məxsus ərzaq mağazasında, Sabunçu rayonunda "Lyüks tikinti materialları mağazası"nda, "Real inşaat mağaza"da, "24 saat market"də, "Seyid ərzaq mağazası"nda, Nərimanov rayonunda Elnur Səlimova məxsus ərzaq mağazasında, Arif Həsənova məxsus "Şərab evi"ndə, Xətai rayonunda "Magic Powder" MMC-yə məxsus mağazada, Suraxanı rayonunda İsmayıl Cabbarlıya və Təranə İbrahimovaya məxsus ərzaq mağazalarında, Binəqədi rayonunda Sehran Qasımova məxsus telefon mağazasında, Mirəsgər Mehdizadəyə məxsus aptekdə, Qaradağ rayonunda Mirheydər Həsənova və Səbirə Nəcəfovaya məxsus mağazalarda, Xəzər rayonunda "Araz market"də, "Oba market"də, "Everest market"də, Nəsimi rayonunda "İstanbul Mall"da, Sirac Əhmədova məxsus telefon mağazasında, Ağsu rayonunda Müşfiq Ədilova və Kifayət Qədimovaya məxsus geyim mağazalarında, "Kafe Amir"də, Lənkəran rayonunda Ruslan Mirzəyevə məxsus "İnşaat malları mağazası"nda, Amil Nuriyevə və Müşfiq Qasımova məxsus mağazalarda, Balakən rayonunda "Damla uşaq geyimləri mağazası"nda, Füzuli rayonunda Coşqun Əsədova məxsus "Min bir xırdavat" mağazasında, Tuğay Bayramova məxsus ictimai-iaşə obyektində, Yevlax rayonunda "Halal market"də, "Aptek Zeytun"da, Qusar rayonunda "Antalya", "555 Elektroniks" mağazalarında, "Estetik" gözəllik salonunda, ümumilikdə, monitorinq aparılmış 631 obyektin 213-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıblar və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
İyulun 10-da nəzarət tədbirləri keçirilmiş obyektlərin 94-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 11-dək monitorinq aparılmış 14262 sahibkarlıq subyektindən 6472-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
XƏBƏR LENTİ
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı





