İqtisadiyyat

Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb

1 İyul 2020 16:45
Baxış: 1 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62,03 faiz artaraq 41,326 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin may ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin may ayına nisbətən 80,52 faiz artaraq 11,636 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 8,778 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz azalıb.

Türkiyədən avtomobil ixracı yanvar-may aylarında ölkənin ümumi ixracının 14,2 faizini təşkil edib.

Son 12 ayda (may 2019 - may 2020) Türkiyə 26,241 milyard dollar məbləğində avtomobil ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.