İqtisadiyyat

Yanvar-may ayları ərzində Azərbaycanda ət istehsalının həcmi açıqlanıb

20 İyun 2020 13:33
Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 207,5 min ton təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hesabat dövründə süd istehsalı 1,6 faiz artaraq 859,4 min ton, yumurta istehsalı 9,3 faiz artaraq 836,3 milyon ədəd, yun istehsalı 0,1 faiz artaraq 12,2 min ton və barama istehsalı 9,7 dəfə artaraq 18,3 ton olub.

Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 165,1 milyon manat təşkil edib ki, onun da 1 milyard 721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.