İqtisadiyyat

Azərbaycanda əhalinin sayı 0,1 faiz artıb

12 İyun 2020 15:04
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 14473 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il may ayının 1-i vəziyyətinə 10081581 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.

Bu ilin dörd ayında ölkə üzrə 20519 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 571 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 328 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 243 nəfər təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.