İqtisadiyyat

Bu il dövlət büdcəsinin gəlirləri 17 faiz artıb

11 İyun 2020 09:28
Baxış: 1 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 10 milyard 527,5 milyon manat təşkil edib.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 17 faiz artıb.

Qeyd olunan müddət ərzində dövlət büdcəsinin xərcləri 9 milyard 392,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.

Beləliklə, bu ilin 5 ayı ərzində dövlət büdcəsinin 1 milyard 135,3 milyon manat profisiti yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.