İqtisadiyyat

Azərbaycan vasitəsilə tranzit konteyner daşımaları artıb

16 May 2020 10:09
0 Şərh     Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin fevral-aprel aylarında "ADY Container" şirkətinin Mərkəzi Asiya və Azərbaycan vasitəsilə hər iki istiqamət üzrə tranzit konteyner daşımalarının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "ADY Container" MMC-dən bildiriblər.

Hesabat dövründə 4 393 ədəd konteyner daşınıb. 2019-cu ilin fevral-aprel aylarında bu göstərici 3 987 ədədə bərabər olub.

Qeyd edək ki, pandemiyaya baxmayaraq "ADY Container" beynəlxalq (tranzit) yük daşımalarını davam etdirir.

2020-ci ilin birinci rübündə Azərbaycanın dəmir yolları ilə 11 321 konteyner daşıyıb.

Xatırladaq ki, "ADY Container" MMC "Şərq-Qərb", "Şimal-Cənub" və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu beynəlxalq nəqliyyat dəhlizləri ilə yük daşımalarını artırmaq üçün Uzaq Şərq ölkələri - Çin, Yaponiya, Cənubi Koreya, eləcə də Ukrayna, Türkiyə, Rusiya, İran və Hindistan əməkdaşlığı genişləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.