İqtisadiyyat

BP Azərbaycanda hasilatı azaldacaq

28 Aprel 2020 15:07
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın BP şirkəti OPEC+ sazişində iştirak edən ölkələrdə neft hasilatını azaltmağa hazır olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BP-nin upstream-layihələr üzrə icraçı maliyyə direktoru Mürrey Oçinkloss investorlarla videokonfrans zamanı deyib.

O bildirib ki, hazırda hasilatın azalması barədə danışıqlar aparılır:

"Bu gün biz Anqola, Azərbaycan, Rusiya və Yaxın Şərqdə danışıqlar aparırıq. Konkret rəqəmlər məlum deyil, amma onu deyə bilərəm ki, OPEK+ sazişi ilə əlaqədar ikinci rübdə hasilatın azalmasının şahidi olacağıq".

Qeyd edək ki, OPEK+ sazişi çərçivəsində hasilatçı ölkələr may-iyun aylarında hasilatı 9,7 milyon barel/sutkaya azaldacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.