İqtisadiyyat

Zaqatalada tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb - FOTO

26 Aprel 2020 17:45
0 Şərh     Baxış: 1 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azərtütün ASK" MMC-nin Zaqatala rayonunda yerləşən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tütün şitilləri "Azərtütün ASK" MMC-yə məxsus xüsusi texnikanın köməyi ilə sahəyə köçürülür.

Qeyd edək ki, "Azərtütün ASK" MMC tərəfindən ötən təsərrüfat ilində Zaqatala rayonunda 410,2 hektar sahədə "Virciniya botaniki" növlü tütün əkilib.

Tütün istehsalı və emalı məntəqəsi istehsalçılardan 2 min 560 ton yaşıl tütün kütləsi qəbul edib. Yaşıl kütlə emal məntəqəsindəki xüsusi kameralarda qurudulduqdan sonra ondan 407 ton 588 kiloqram quru tütün əldə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.