İqtisadiyyat

Koronavirusdan zərər çəkən sahibkarlara ödənilən vəsaitin məbləği açıqlandı

25 Aprel 2020 21:43
Baxış: 3 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabatı açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, aprelin 24-ə olan məlumata görə, 65.522 fərdi (mikro) sahibkar müraciət edib, onlardan 60.169 nəfərin müraciəti araşdırılıb.

Faktiki olaraq 55.022 vergi ödəyicisinə 37.930,3 min manat vəsait ödənilib.

Müraciəti araşdırılmış fərdi sahibkarlara göstəriləcək maliyyə dəstəyinin məbləği isə 40.620,5 min manat təşkil edir.

Tədbirin icrası üzrə ümumilikdə 80 milyon manat nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.